İsrail səfiri Türkiyəni tərk etdi

İsrailin Ankaradakı səfiri İrit Lilian Türkiyəni tərk edərək İsrailə qayıtmaq qərarına gəlib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İsrail səfirliyi məsələ ilə bağlı heç bir rəsmi şərh verməyib.

Bundan əvvəl İsrailin Milli Təhlükəsizlik Şurası İsrail ordusunun Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra bütün dünyada yəhudi və israillilərə qarşı terror hücumları təhlükəsi ilə əlaqədar öz vətəndaşlarını təcili olaraq Türkiyəni tərk etməyə çağırıb.

Xəbərdarlıqdan sonra İsrail aviaşirkətləri evlərinə qayıtmaq istəyən israillilər üçün çərşənbə günü axşam İstanbuldan uçuşlar təşkil edib.

İsrail həmçinin Yaxın Şərqdəki bəzi səfirlikləri, o cümlədən Bəhreyn, İordaniya və Mərakeşdəki səfirliklərini boşaldıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ