Qəzzada HƏMAS təhlükəsizlik qüvvələrinin komandiri öldürülüb

İsrailin hava hücumu nəticəsində milli təhlükəsizlik qüvvələrinin rəhbəri Cehad Mheysen və onun ailə üzvləri həlak olub. Bu barədə “Reuters” xəbər verir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS qruplaşmasının yüksək rütbəli komandirini məhv edib. Kəşfiyyat məlumatlarına görə, sərhəddəki Nirim kibbutzuna hücuma rəhbərlik edən Nuxba xüsusi təyinatlılarının bölmələrindən birinin komandiri Bilal Əl-Kedra İDF qırıcılarının Qəzza zolağına endirdiyi zərbə zamanı öldürülüb.

Həmçinin qeyd edilir ki, hava hücumu zamanı HƏMAS və “İslami Cihad”ın digər silahlıları da zərərsizləşdirilib. İsrail hərbçiləri komanda mərkəzlərinə, müşahidə məntəqələrinə və hərbi birləşmələrə hücum edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ