HƏMAS tərəfdarları azərbaycanlılardan nə istəyirlər? - foto

HƏMAS tərəfdarları İsrail əleyhinə təbliğat kampaniyası çərçivəsində Azərbaycan ordusunun hərbi hissələrindən birində andiçmə mərasiminə toplaşan əsgərlərin valideynlərini “Qəzzədən qaçan fələstinlilər” kimi təqdim ediblər. Bu fakt internetdəki məlumatların həqiqiliyini yoxlayan faktly.in saytının nəzərindən qaçmayıb.

HƏMAS tərəfdarlarından biri açıq məkanda hərəkət edən böyük bir qrup insanın videosunu paylaşaraq, onların İsrailin hava hücumlarından qaçan fələstinlilər olduğunu yazıb. Video internetdə yayılıb.

Lakin görüntüləri araşdıran sayt müəyyən edib ki, bu şəxslər əslində andiçmə mərasiminə toplaşan əsgərlərin valideynləridir. 2023-cü ilin avqustunda Azərbaycan ordusunun hərbi hissələrindən birində baş verib. Belə ki, video Azərbaycanın bir neçə informasiya resursu tərəfindən YouTube-da yayılıb. Video 2023-cü ilin avqustunda internetdə yerləşdirilib.

Xatırladaq ki, bundan əvvəl HƏMAS tərəfdarları sosial şəbəkələrdə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən separatçı Qarabağ ermənilərinin rəhbərlərinin həbs edilməsinin görüntülərini yayıb və onları “HƏMAS silahlıları tərəfindən əsir götürülmüş israilli generallar” kimi təqdim ediblər. Bu kadrlar yüz minlərlə baxış toplayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ