Putin Ukrayna üzrə sülh danışıqlarının şərtini açıqlayıb


Ukrayna üzrə sülh danışıqları Kiyevin danışıqları qadağan edən fərmanının ləğvini tələb edir. Bu şərti Rusiya prezidenti Vladimir Putin səsləndirib. Onun sözlərini TASS sitat gətirir.

Dövlət başçısı vurğulayıb ki, bu halda “teatr jestləri” kömək etməyəcək. “Əgər Ukrayna tərəfi real danışıqlar prosesini istəyirsə, o zaman bunu hansısa teatr jestləri ilə etmək lazım deyil, ilk növbədə Ukrayna prezidentinin danışıqları qadağan edən fərmanını ləğv etmək lazımdır”, - Putin deyib.

Rusiya prezidenti buna bənzər təklifi sentyabrda da səsləndirmişdi. O, Şərq İqtisadi Forumunun plenar iclası zamanı deyib ki, ABŞ sülh istəyirsə, Vaşinqton Kiyevi danışıqları qadağan edən fərmanı ləğv etməyə inandırmalıdır.

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında son danışıqlar 29 mart 2022-ci ildə İstanbuldakı Dolmabağça sarayında baş tutub. Həmin ilin mayında Vladimir Medinski danışıqlar prosesinin dondurulduğunu elan edib. O qeyd edib ki, Rusiya tərəfi heç vaxt ən yüksək səviyyədə danışıqlardan imtina etməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ