İsrail Müdafiə Qüvvələri Qəzzada xəstəxanaya raket zərbəsi endirilməsinin videosunu yayıb. “Əl Ərəbiyyə” telekanalının məlumatına görə, hadisə nəticəsində 800 nəfər həlak olub.
Müvafiq video İDF-nin rəsmi Telegram kanalında yayımlanıb.
Ordunun mətbuat xidməti bildirib ki, görüntülərdə “İslami Cihad” terror təşkilatının Qəzza şəhərində Əl-Əhli xəstəxanasına hücuma səbəb olan uğursuz raket atışı” göstərilir.
Bundan əvvəl İsrail ordusu Qəzzada xəstəxanaya raket hücumunun İsrail hərbçiləri tərəfindən həyata keçirildiyi barədə xəbərləri təkzib etmişdi.