Qəzza zolağında xəstəxana vuruldu: yüzlərlə adam ölüb - video

İsrailin Qəzza zolağında xəstəxanaya endirdiyi zərbə nəticəsində yüzlərlə insan həlak olub. 

“Əl-Cəzirə”nin məlumatına görə, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

“Əl-Cəzirə” xəbər verir ki, Qəzza zolağının mərkəzində yerləşən Əl-Əhli Ərəb Xəstəxanası heç bir xəbərdarlıq edilmədən bombalanıb, xəstəxananın fəaliyyətini davam etdirməsinə və minlərlə insana tibbi xidmət göstərməsinə mane olan ciddi dağıntılar olub.

Fələstin Səhiyyə Nazirliyi çərşənbə axşamı Qəzzada verdiyi açıqlamada, ilkin hesablamalara görə, İsrailin Qəzza şəhərinin mərkəzindəki xəstəxanaya endirdiyi zərbələr nəticəsində 200-300 nəfərin öldüyünü göstərir, çoxlu insan hələ də dağıntılar altında qalıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ