Gürcüstanda baş nazir prezidentə qarşı: Heç kim qanundan üstün ola bilməz

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyan edib ki, ölkə prezidenti və ya başqası qanundan üstün ola bilməz. Onun sözlərini RİA Novosti yayıb.

Bu bəyanat Gürcüstan Konstitusiya Məhkəməsinin prezident Salome Zurabişvilinin xaricə səfərə görə qanunu pozması kimi tanınması ilə bağlı qərarı fonunda verilib. İndi ölkə parlamenti ona impiçment elan edə bilər.

Ölkənin baş naziri deyib ki, Gürcüstan heç kimin qanundan üstün olmadığını sübut edib. Onun fikrincə, “Avropa standartı” hər kəsin qanuna və konstitusiyaya əməl etməli olması deməkdir.

“Əvəzində xanım Salome konstitusiyanı qəbul etmədiyini söyləyəndə fərqli mənzərə yarandı” deyən Qaribaşvili və bunu biabırçı fakt adlandırıb.

Konstitusiya Məhkəməsinin qərarından sonra Gürcüstan prezidenti Zurabişvili postunu tərk etməyəcəyini açıqlayıb. O, Gürcüstanın Avropa gələcəyi üçün mübarizəni davam etdirəcəyinə söz verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ