Biz Mehri dəmir yolu xəttini bərpa etməyə hazırıq - Paşinyan

Biz Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Mehri dəmir yolu xəttini bərpa etməyə hazırıq.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentinin iclasında çıxışı zamanı deyib.

Paşinyan həmçinin bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh və münasibətlərin normallaşdırılması haqqında sazişin imzalanması 2023-cü ilin sonuna qədər mümkündür. 

“Əgər sadaladığım prinsiplər rəsmən təsdiq olunarsa, o zaman bu ilin sonuna kimi Ermənistan və Azərbaycan arasında sülh və münasibətlərin normallaşdırılması haqqında sazişin imzalanması çox real olacaq”.

Paşinyan çıxışı zamanı nizamlanmanın əsas prinsipləri arasında Ermənistanın ərazi bütövlüyünün təsdiqini göstərib.

Onun sözlərinə görə, Ermənistan da öz ərazisində azərbaycanlıların və Azərbaycan yüklərinin təhlükəsizliyini təmin etməyə hazırdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ