HƏMAS-ın İsrailə hücumu ilə bağlı kəşfiyyat məlumatlarının necə topladığı açıqlanıb

Son iki il ərzində Fələstinin HƏMAS radikal qruplaşmasının üzvləri İsrailə hücum üçün hərbi imkanlarını artırırdılar və kəşfiyyat məlumatları toplayırdılar. Bu məlumatların mənbəyi İsrail ərazisində işləyən Qəzza zolağının sakinləri ola bilər. Bu barədə “Washington Post (WP)” İsrail təhlükəsizlik rəsmilərinə istinadən yazır.

“HƏMAS əməliyyatı ən azı iki illik planlaşdırmanın nəticəsi idi, bu müddət ərzində Qəzza zolağında İDF və “İslami Cihad” arasında iki münaqişə baş verib. Həmin zaman HƏMAS “İslami Cihad” liderlərinin İsrailin zərbələri nəticəsində öldürülərkən kənarda qaldığı üçün tənqid edilirdi”, - İsrail Ordusunun keçmiş yüksək rütbəli kəşfiyyat zabiti Miri Eysin bildirib.

Onun sözlərinə görə, hər gün İsrail sərhədini keçən və HƏMAS-ın hücumunun baş verdiyi eyni icmalarda işləyən minlərlə Qəzza zolağı sakini HƏMAS-a İsrailin sərhəd şəhərləri ilə bağlı kəşfiyyat məlumatları ötürürdülər.

Oktyabrın 7-də səhər saatlarında HƏMAS İsrailə hücum edib. Bundan əlavə, naməlum sayda terrorçu Qəzza zolağından İsrailin sərhəd bölgələrinə sızıb. Təl-Əviv hücumu müharibə adlandırıb və oktyabrın 10-da buna cavab olaraq Qəzza zolağında HƏMAS yaraqlılarının hədəflərinə irimiqyaslı zərbələr endirməyə başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ