Konstitusiya Məhkəməsi Gürcüstan Prezidentinin impiçmentinə razıdır

Gürcüstanın Konstitusiya Məhkəməsi hakim “Gürcü Arzusu” partiyasının Prezidentin impiçmenti ilə əlaqədar təqdim etdiyi təqdimatına yekun rəyini açıqlayıb.

Məhkəmə Prezident Salome Zurabişvilinin hökumətdən icazəsiz xaricə səfərlər edərək ölkə konstitusiyasını pozduğunu müəyyən edib.

Konstitusiya Məhkəməsinin 9 hakimindən 6-sı qərarı dəstəkləyib.

Məhkəmənin qərarından sonra impiçment proseduru parlamentə göndəriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ