Daha bir Ukrayna şəhəri Baxmutun taleyini yaşaya bilər

Almaniyanın “Bild” qəzetinin hərbi eksperti Xulian Röpke Ukraynanın Avdeyevka bölgəsində Rusiya hərbçilərinin əhəmiyyətli itkilər verdiyini açıqlayıb. Onun sözlərinə görə, Rusiya ordusu şəhəri mühasirəyə almaq məqsədilə ötən cümə axşamından etibarən şəhərə hücuma başlayıb.

Tanklar və zirehli transportyorlar da daxil olmaqla 100-dən çox hərbi texnikanın cəlb olunduğu hücum zamanı Rusiya qüvvələri Ukrayna ordusunun artilleriya atəşinə tuş gəliblər. Röpke 200 Rusiya əsgərinin öldürüldüyünü, 60-dan çox tank və zirehli transportyorun məhv edildiyini təxmin edir.

RF qoşunlarının strateji məqsədi qərb tərəfdən Avdeyevkanın ətrafından dolanaraq Severnoye, Stepovoye və Berdıçi yaşayış məntəqələrini işğal edərək “qazan” yaratmaq idi. Röpkenin sözlərinə görə, Rusiya ordusu Severnı ərazisində və Stepovoyda dəmiryol xəttində müqavimətlə qarşılaşıb.

İtkilərə baxmayaraq, Röpke hesab edir ki, Rusiya Avdeevkaya hücum ideyasından əl çəkməyəcək və şəhər Baxmutda baş verənlərə bənzər bir vəziyyətlə üzləşə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ