Oktyabrın 16-na keçən gecə İsrail Müdafiə Qüvvələri HƏMAS-ın hədəflərinə irimiqyaslı zərbələr endirib. Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu, “Dəmir Qılınclar Əməliyyatı” başlayandan ən güclü və uzunmüddətli hücum idi”, - Vesty.co.il nazirliyin mətbuat xidmətinə istinadən yazır.
İDF qeyd edib ki, Qəzza zolağının bütün dərinliklərində zərbələr 8 saat fasiləsiz həyata keçirilib. Fələstin mənbələri də zərbələrin endirildiyini təsdiqləyib, onlardan biri Əl-Cəzirə kanalında “bu, əsl cəhənnəm idi” deyib.
Əsas zərbələr Qəzza şəhərinə endirilib. Burada HƏMAS, “İslami Cihad”ın istifadə etdiyi binalar dağıdılıb.
İsrail nəşri qeyd edib ki, gecə ərzində Qəzzadan bir ədəd belə raket buraxılmayıb.
İDF hücumlar zamanı HƏMAS liderlərinin öldürüldüyünü bildirib, lakin hələlik dəqiq kimin olduğunu açıqlamayıb.