HƏMAS Putinə təşəkkür edib

HƏMAS hərəkatı Rusiya prezidenti Vladimir Putinin Fələstinə dəstək bəyanatından sonra ona təşəkkür edib. Bu barədə oktyabrın 14-nə keçən gecə HƏMAS-ın Telegram kanalında dərc olunmuş məlumatda deyilir.

“Biz İslami Müqavimət Hərəkatında (HƏMAS) Rusiya prezidenti Vladimir Putinin xalqımıza qarşı davam edən sionist təcavüzü və Qəzzanın mühasirəsi, humanitar yardımın dayandırılması və mülki əhaliyə hücumu ilə bağlı mövqeyini yüksək qiymətləndiririk”, - məlumatda bildirib.

HƏMAS Rusiya hakimiyyətinin Qəzza zolağında fələstinlilərə qarşı “təcavüzü” dayandırmaq cəhdlərini alqışlayıb.

Oktyabrın 13-də Vladimir Putin MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclasında deyib ki, Fələstin-İsrail münaqişəsi danışıqlar yolu ilə həll edilməlidir və “paytaxtı Şərqi Qüdsdə olan müstəqil Fələstin dövləti yaradılmalıdır”.

Jurnalistlərlə söhbətində Putin bildirib ki, Rusiya danışıqlarda vasitəçi ola bilər. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ