Ermənistan prezidenti “Roma statutunu” təsdiqləyib

Ermənistan prezidenti Vaaqn Xaçatryan Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu təsdiqləyib.

Bu barədə dövlət başçısının Mətbuat xidməti məlumat yayıb.

Bununla da sənəd qüvvəyə minib.

Xatırladaq ki, oktyabrın 3-də Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutunu ratifikasiya edib. Rəsmi Moskva bu addımı düşmənlik əlaməti kimi qiymətləndirib.

Roma statunun tələbinə görə, Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edəcəyi təqdirdə həbs olunmalıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ