HƏMAS yaraqlılarının İsrailin cənubunda Nature Party festivalının iştirakçılarına hücumunun yeni görüntüləri yayılıb.
Kadrlardan da görünür ki, silahlılar hətta festival iştirakçılarının ola biləcəyi sanitar qovşaqlarına da atəş açırlar.
Qeyd edək ki, Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatının silahlıları oktyabrın 7-də səhər saatlarında İsrailə hücum ediblər. Onlar üç minə yaxın raket ataraq sərhəd bölgələrinə daxil olublar, İsrail hərbçiləri ilə döyüşə girib, onlarla insanı girov götürüblər. “Hizbullah” da Livandan İsrail ərazisini atəşə tutub. İsrail Müdafiə Qüvvələri Qəzza zolağına, eləcə də Livana kütləvi zərbələr endirməklə cavab verib.