Rusiya Prezidenti: Paşinyan indi səfər halında deyil

Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfərlə bağlı Baş nazir Nikol Paşinyandan dəvət aldığını söyləyib.

Bu barədə Putin Bişkekdə keçirilən MDB liderlərinin sammitinin yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib.

O, Paşinyanla daim əlaqədə olduğunu qeyd edib. Vurğulayıb ki, özünün Ermənistana səfəri, həm də Ermənistan Baş nazirinin Rusiyaya səfəri ilə bağlı dəvət var:

“Bilirsiz, biz böyük insanlarıq. Qarabağ ermənilərinin faciəsi baş verib. O, (Paşinyan-red) indi səfər hayında deyil. Biz onunla daim təmasdayıq. Mənim Ermənistana, onun Rusiyaya səfər dəvətləri var. Qrafikimiz uyğun olan kimi bunlar həyata keçiriləcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ