Putin: Qarabağ nəhayət Azərbaycanın tərkibinə daxil oldu

Ermənistanın baş naziri Nikol Paşinyanın Praqada keçirilən görüşdə Qarabağın statusunu kökündən dəyişdirən, yəni Qarabağın statusunu müəyyən edən bəyanatdan sonra nəhayət, Qarabağ Azərbaycanın tərkibinə daxil oldu. Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıdı.

Bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə mətbuat konfransında deyib.

“Bütün əvvəlki illərdə hər şey bir məsələ ətrafında gedirdi: Qarabağın statusu. Mən təfərrüatlara varmayacağam, amma deyim ki, əvvəlki onilliklər ərzində biz dəfələrlə Qarabağla bağlı razılaşmaya yaxın olmuşuq”, - Putin bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ