İsrailin informasiya naziri Qalet Distel-Atbarian istefa verib.
O, bu barədə “X” hesabında məlumat yayıb.
Onun sözlərinə görə, İsrailin Xarici İşlər və Diaspor nazirliklərinə ölkədəki mövcud vəziyyətlə bağlı məlumat vermək vəzifəsi verilib: "Ona görə də israfçılığa yol verməmək üçün istefa verdim. İsrailin Baş naziri Benyamin Netanyahuya təşəkkür edirəm. İsrail İnformasiya Nazirliyinə ayrılan büdcənin Qəzza zolağı ətrafında yaşayan israillilərə göndərilməsini xahiş edirəm”.