Səlcuk Bayraktar Avropa Komissiyasının rəhbərini ikiüzlülükdə ittiham edib

“Bayraktar” pilotsuz uçuş aparatları istehsal edən Türkiyənin “Baykar” şirkətinin ortağı və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraktar X sosial şəbəkəsində Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyeni ikiüzlülükdə ittiham edib.

O, “Clash Report” portalının fon der Leyenin Ukrayna və Yaxın Şərqdəki münaqişə ilə bağlı bəyanatlarını müqayisə edib.

Mətndə qeyd olunur ki, Avropa Komissiyasının rəhbəri Rusiyanın Ukraynanın infrastruktur obyektlərinə hücumlarını müharibə cinayətləri adlandırıb və qış yaxınlaşdıqca kişilər, qadınlar və uşaqlar susuz və işıqsız qalacaqlarını bildirib.

Eyni zamanda fon der Leyen İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu bəyan edib. Öz növbəsində, İsrail tərəfi Qəzza zolağında su, yanacaq və elektrik təchizatını kəsib və anklav ərazisinə dağıdıcı hücumlar həyata keçirir.

Səlcuk Bayraktar, “ikiüzlülüyün mükəmməl mənzərəsini necə çəkmək olar” şərhini yazıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ