Çeçenistan rəhbəri Ramzan Kadırov Quranı yandıran Nikita Juravellə görüşünün videosunu yayıb.
Sentyabrın 25-də Kadırov oğlu Adam Kadırovun Juraveli döyməsinin videosunu nümayiş etdirib.
“Döyüb və düz edib. Üstəlik, inanıram ki, hər hansı bir Müqəddəs Yazıya qəsd edən, o cümlədən onu nümayişkaranə şəkildə yandıran və bununla da bizim böyük ölkəmizin on milyonlarla vətəndaşını təhqir edən hər kəs ağır cəzaya məruz qalmalıdır”, - deyə Kadırov bildirib.