“Hizbullah” İsrailə xəbərdarlıq etdi


Livanın “Hizbullah” təşkilatı İsrailə xəbərdarlıq edib ki, Qəzza zolağında quru əməliyyatına başlayarsa, ikinci cəbhə açmağa hazırdır. Bu barədə “The Wall Street Journal” ərəb rəsmilərinə istinadən məlumat yayıb.

“Times of Israel” daha əvvəl yazmışdı ki, İsrail şənbə günü başlayan gərginliyin fonunda Qəzza zolağında bir ay davam edəcək quru əməliyyata hazırlaşır.

Bununla belə, qəzet qeyd edir ki, hərəkatın bu təhlükəni həyata keçirib-keçirməyəcəyi bəlli deyil.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ