İsrailin baş naziri Binyamin Netanyahu fələstinliləri Misirdəki Sinay yarımadasına deportasiya etmək planları məlum olub. Bu barədə İraqın “Alsumaria” telekanalı məlumat yayıb.
Telekanal Misirin keçmiş prezidenti Hüsnü Mübarəklə Netanyahu ilə söhbətinin səs yazısını təqdim edib. Qeyd olunur ki, Misirin keçmiş lideri İsrail baş nazirinin planlarını rədd edib. “Unut. Nə mən, nə də məndən sonra gələnlər ərazimizi verməyəcəyik”, - deyə Mübarək bildirib.
Qeyd edək ki, 2008-ci ildə Misir hakimiyyəti sərhədi keçərək ölkə ərazisinə daxil olan fələstinlilərin Qəzza zolağına deportasiyası prosesinə başlayıb.