HƏMAS Hayfanı vurur

İsrailin şimalında kütləvi hava hücumu xəbərdarlığı elan edilib. İsrail mediasının dərc etdiyi xəritədən belə çıxır ki, ölkənin şimalının əksər hissəsində həyəcan təbili çalınıb.

Ynet yazır ki, HƏMAS-ın hərbiləşdirilmiş qanadı olan “İzzəddin əl-Qəssam”ın nümayəndələri İsrailin şimalını, xüsusən də Hayfanı atəşə tutduqlarını elan ediblər.

“The Times of Israel” yazır ki, bir neçə pilotsuz təyyarə Livandan İsrailin hava məkanını daxil olub. “Haaretz” xəbər verir ki, İsrailin şimalındakı sahil bölgəsində “açıq əraziyə” raket düşüb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, tələfat və dağıntı yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ