Putin Ərdoğanı dəstəklədi: Müstəqil Fələstin dövləti yaradılmalıdır

“Rusiya hər zaman BMT Təhlükəsizlik Şurasının müstəqil Fələstin dövlətinin yaradılması ilə bağlı qərarının həyata keçirilməsini dəstəkləyib”.

Bunu Rusiya Enerji Həftəsinin iclasında RF prezidenti Vladimir Putin deyib.

“Biz həmişə BMT Təhlükəsizlik Şurasının qərarlarının həyata keçirilməsinin, ilk növbədə, müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarı olmuşuq. Bütün problemlərin kökü budur”, - TASS Rusiya liderinin sözlərindən sitat gətirir.

Putin həmçinin bildirib ki, Fələstin məsələsi hər bir müsəlmanın ürəyindədir. O, Fələstin problemini müsəlmanlar tərəfindən inanılmaz dərəcədə yüksəldilmiş ədalətsizliyin təzahürü kimi qəbul edildiyini vurğulayıb.

“Hesab edirəm ki, İslamı qəbul edən hər kəsin ürəyində bunlar açıq-aşkardır”, - Putin qeyd edib.

Xatırladaq ki, bir gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq probleminin həllinə ehtiyac olduğunu və “son həll yolu paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasıdır” demişdi. “Biz regionun bütün güclü oyunçularını “Ədalətli dünyada uduzan yoxdur” şüarı altında sülhün bərqərar olması üçün məsuliyyəti öz üzərinə götürməyə çağırırıq. Daha çox qan tökülməsinə səbəb olacaq addımlardan çəkinməliyik”, - deyə o bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ