“İŞİD-dən də pis”: Netanyahu dəhşətli görüntülər paylaşdı - foto

İsrailin baş naziri Binyamin Netanyahu X (Twitter) sosial şəbəkədə HƏMAS silahlılarının mülki şəxslərə hücumundan sonra çəkilmiş qanlı uşaq otağının fotosunu paylaşıb.

Netanyahu paylaşımına “İŞİD-dən də pis” yazıb.

Qeyd edək ki, Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatının silahlıları oktyabrın 7-də səhər saatlarında İsrailə hücum ediblər. Onlar üç minə yaxın raket ataraq sərhəd bölgələrinə daxil olublar, İsrail hərbçiləri ilə döyüşə girib, onlarla insanı girov götürüblər. “Hizbullah” da Livandan İsrail ərazisini atəşə tutub. İsrail Müdafiə Qüvvələri Qəzza zolağına, eləcə də Livana kütləvi zərbələr endirməklə cavab verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ