“Qarabağdakı rusiyalı sülhməramlılar məsələsi İrəvanla müzakirə edilməyib”.
Bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir.
Xatırladaq ki, ötən həftə TASS-ın diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, oktyabrın 6-sı Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin İrəvana səfəri gözlənilib. Görüşdə rusiyalı sülhməramlı kontingentin Qarabağdan konkret çıxma tarixlərinin müzakirə ediləcəyi iddia olunub. Daha sonra isə, Ermənistan Müdafiə Nazirliyi sözügedən məlumatları təkzib edib və belə bir görüşün planlaşdırılmadığını açıqlayıb.