İsraillə Livan sərhədində vəziyyət qızışır - video

İsrail Silahlı Qüvvələri Livandan Ərəb əl-Aramşeh kəndi yaxınlığındakı hərbi post istiqamətində idarə olunan tank əleyhinə raketin atıldığını bildirir. 

Bu barədə Times of Israel xəbər verir.

Buna cavab olaraq, İsrail ordusu Livanın cənubundakı Hizbullah mövqelərini top atışları ilə vurmağa başlayıb.

Son günlər İsrailin şimal sərhədində bir neçə toqquşma olub, onların əksəriyyəti Hizbullahın nəzarətində olan Livanın cənubundan fəaliyyət göstərən Fələstin radikal qrupları ilə əlaqələndirilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ