İsrail ordusu Qəzza zolağında HƏMAS komandirinin evinə zərbələr endirib

İsrail ordusu Qəzza zolağında Əl-Qəssam Briqadalarının Həmas hərbi qanadının komandiri Məhəmməd Əd-Deyfin evinə hücum edib. Bu barədə “Haaretz” qəzeti məlumat yayıb.

Onun ən yaxın qohumlarının öldürüldüyü qeyd edilir. Komandirin özünün vəziyyəti barədə məlumat verilmir.

Qeyd edək ki, Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatının silahlıları oktyabrın 7-də səhər saatlarında İsrailə hücum ediblər. Onlar üç minə yaxın raket ataraq sərhəd bölgələrinə daxil olublar, İsrail hərbçiləri ilə döyüşə girib, onlarla insanı girov götürüblər. “Hizbullah” da Livandan İsrail ərazisini atəşə tutub. İsrail Müdafiə Qüvvələri Qəzza zolağına, eləcə də Livana kütləvi zərbələr endirməklə cavab verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ