İsrailin müdafiə naziri: “Biz hücuma keçirik”

İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağı ilə sərhəddə hərbçilərlə görüşdə İsrail ordusunun “vəziyyəti nəzarətə götürdüyünü” və “tam miqyaslı hücuma keçdiyini” bəyan edib.

“Mən bütün məhdudiyyətləri ləğv etmişəm. HƏMAS Qəzza zolağında dəyişiklik istəyirdi. Dəyişiklik olacaq, lakin yaraqlıların düşündüyündən 180 dərəcə əksinə. Onlar peşman olacaqlar. Qəzza heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq. Kim baş kəsməyə, qadınları və Holokostdan sağ çıxanları öldürməyə gəlibsə, biz onu məhv edəcəyik”, -  İsrailin müdafiə naziri Yoav Qalant bildirib.

Nazir əlavə edib ki, müharibə “həftələrlə və ya aylarla” uzana bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ