İsrail Ordusunun generalı Qəzza sakinlərinə “cəhənnəm” vəd edib

İsrail Ordusunun Fələstin üzrə kəşfiyyat rəhbəri Qassan Alian Qəzza sakinlərinə və HƏMAS rəhbərliyinə “cəhənnəm” vəd edib.

General-mayor Qassan Alian bu barədə videomüraciətində danışıb.

“Uşaqların, qadınların və qocaların oğurlanması, zorakılığa məruz qalması və öldürülməsi qeyri-insanidir. Bunun üçün heç bir bəhanə yoxdur. HƏMAS İŞİD-ə çevrilib və Qəzza sakinləri bunu qınamaq əvəzinə bayram edirlər. İnsanabənzər heyvanlarla layiq olduqları kimi davranılmalıdır. Qəzzada işıq və su olmayacaq, yalnız dağıntı olacaq. Siz cəhənnəmi istəyirdiniz, alacaqsan”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ