Putin İsrail və Fələstin münaqişəsinin həlli yolunu açıqladı

Rusiya prezidenti Vladimir Putin İraqın baş naziri Məhəmməd əl-Sudani ilə danışıqlar zamanı suveren Fələstin dövlətinin yaradılması məsələsinin həllinin vacibliyini bəyan edib. Onun sözləri TASS-a istinadən xəbər verir.

“Mən ilk növbədə, müstəqil suveren Fələstin dövlətinin yaradılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilməsi zərurətini nəzərdə tuturam”, - Rusiya lideri bildirib.

Putin həmçinin əlavə edib ki, baş verənlər Vaşinqtonun “Fələstin xalqının fundamental maraqlarını” nəzərə almayan münaqişəni həll etmək cəhdlərinin uğursuz nəticəsidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ