Ərdoğan Ermənistana şərt irəli sürdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib ki, Türkiyə Ermənistandan ağıl və reallığa əsaslanan, sülh, təhlükəsizlik və rifaha yönəlmiş siyasət gözləyir.

O qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı verdiyi vədləri yerinə yetirərsə, Türkiyə əlaqələri addım-addım inkişaf etdirməyə hazırdır.

Ərdoğan həmçinin İranı “bölgədə sülh və sabitliyin bərqərar olması üçün siyasi və iqtisadi addımlara yol açacaq bu tarixi layihədə (Zəngəzur dəhlizinin açılması) iştirak etməyə” çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ