“Hər hücuma görə bir israilli əsiri edam edəcəyik” - HƏMAS

HƏMAS İsraili hər növbəti hücumuna görə bir israilli əsiri edam etməklə hədələyib.

Bu barədə “Əlcəzirə” kanalına HƏMAS-ın üzvü bildirib.

O, hücumlara görə israilli əsrləri edam edəcəklərini deyib.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb

HƏMAS qruplaşmasının hücumu nəticəsində İsrail ərazisində həlak olanların sayı 700-ü ötüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ