HƏMAS-ın qaçırdığı Shaninin anası çağırış etdi - video

HƏMAS qruplaşmasının oktyabrın 7-si İsraili raket atəşinə tutması nəticəsində ölkəyə musiqi festivalına qatılmaq üçün gələn turistlər arasında da ölən və yaralanan, eləcə də əsir götürülənlər olub. Bu turistlərdən biri də 30 yaşlı alman tatu ustası Shani Loukdur.

Loukun HƏMAS radikalları tərəfindən qaçırılıb öldürüldüyü barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bununla belə, ailəsi alman qadının hələ də həyatda olduğuna ümid edir. Onun anası videomüraciət yayaraq qızının tapılması üçün çağırış edib. O, rəsmi şəxslərdən köməklik etmələrini istəyib.

“Bild” qəzeti isə Almaniya səfirliyinin hazırda məsələni araşdırdığını, lakin onun taleyinin hələ ki naməlum olduğunu vurğulayıb. 

Qeyd olunur ki, sosial şəbəkələrdə Shani Loukun HƏMAS-a aid bir avtomobilin arxasında olduğunu görmək mümkün olub. Bildirilir ki, qadının ayaqlarının qeyri-təbii formada olması və hərəkətsiz dayanması onun öldürüldüyü barədə iddiaları gücləndirib. Sözügedən görüntülərdə qadının üzü görünməsə də, ailəsi onu ayağındakı döymələrdən tanıyıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ