HƏMAS İsraili necə aldatdı?

Uzun hazırlıqlar və “aldatma kampaniyası” Fələstinin HƏMAS qruplaşmasına İsrail ordusunu hazırlıqsız vəziyyətdə yaxalamağa kömək edib. Bu barədə HƏMAS-a yaxın mənbə ilə danışan “Reuters” agentliyinin jurnalisti məlumat yayıb.

“HƏMAS son aylarda İsraili çaşdırmaq üçün misli görünməmiş kəşfiyyat taktikalarından istifadə edərək, döyüşə və ya qarşıdurmaya hazır olmadığı təəssüratı yaradıb”, - mənbə bildirib.

Mənbənin “Reuters”ə izah etdiyi kimi, qruplaşma İsrail rəhbərliyini Qəzza zolağı üçün iqtisadi sabitliyin eskalasiyadan daha vacib olduğuna inandırmağa çalışıb. 2021-ci ildə münaqişənin kəskinləşməsindən sonra İsrail fələstinlilərə ölkədə işləmək üçün icazələrin verilməsini bərpa edib.

“Biz inanırdıq ki, onların işə gələrək Qəzzaya pul gətirməsi müəyyən səviyyədə sakitlik yaradacaq. Biz yanıldıq”, - İsrail Müdafiə Qüvvələrindəki (IDF) mənbə nəşrə bildirib.

HƏMAS-ın mənbəsi əlavə edib ki, hərəkat son iki il ərzində İsrail ərazisinə hücumlardan və onunla toqquşmalardan çəkinib. Nəşrin İsrail ordusundakı mənbəsi həmçinin bildirib ki, hərbi qüvvələrin bir hissəsi Qəzza zolağı ilə sərhədlərdən İordan çayının qərb sahilinə köçürülüb və burada Fələstin ilə İDF arasında toqquşmalar baş verib.

Qəzzada radikal qrupun anonim nümayəndəsi qeyd edib ki, İsrail sərhəd yaşayış məntəqələrindən birinin maketi tikilib, yaraqlılar onun üzərində hücum planı hazırlayıblar: “İsrail, əlbəttə ki, bunu gördü, lakin əmin idi ki, HƏMAS eskalasiyada maraqlıdır deyil”.

“Reuters” agentliyinin qruplaşmadakı mənbəsi də hücum planının təfərrüatı barədə danışıb. Onun sözlərinə görə, İsrail ərazisinə 3 min raket atıldıqdan sonra yaraqlıların bir hissəsi deltaplanlarla ölkəyə daxil olub. Eniş etdikdən sonra onlar lazım olan ərazini mühasirəyə alıblar, bundan sonra silahlılar sərhədi yarıblar - istehkamları partlayıcılarla partladıblar. Daha sonra buldozerlər dağıntıları təmizləyib və maşınlarda olan silahlılar hücuma qoşulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ