İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 78-i uşaq olmaqla, ən azı 413 nəfər həlak olub.
Bu barədə Fələstin Səhiyyə Nazirliyinin bəyanatında deyilir.
Daha 2300 nəfər, o cümlədən 213 uşaq yaralanıb. Nazirlik onu da bildirib ki, dərman və yanacaq çatışmazlığı səbəbindən yaralıların müalicəsində çətinliklər yaradıb.