HƏMAS İsraildə əsir götürülən girovların mübadiləsinə razılıq verib

Fələstinin HƏMAS hərəkatı israilli girovların bəzilərinin İsrail həbsxanalarında saxlanılan fələstinli qadınlarla dəyişdirilməsinə dair saziş bağlamaq niyyətində olduğunu bəyan edib. Bu barədə “Səda əl-Balad” məlumat yayıb.

Agentliyin məlumatına görə, Qətər nümayəndələrinin fəal vasitəçiliyi ilə danışıqlar aparılır. Doha İsrail torpaqlarında həbsdə olan 36 fələstinli qadınla girovların dəyişdirilməsinə nail olmaq istəyir.

Daha əvvəl əsir götürülən israillilərin sayı barədə dəqiq məlumat məlum olub. HƏMAS-ın yüksək rütbəli rəsmisi Musa Əbu Marzuka bildirib ki, qadınlar, qocalar və uşaqlar da daxil olmaqla ən azı 130 israilli HƏMAS və “İslami Cihad” qruplaşması tərəfindən əsir götürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ