İsrail ordusu HƏMAS liderlənin birini saxladı

İsrail Müdafiə Qüvvələri Qəzzada HƏMAS-ın Hərbi Dəniz Qüvvələrinin Cənub Diviziyası komandanının müavini Məhəmməd Əbu Qalini saxlayıb.

Bu barədə “The Times of Israel” İsrail ordusunun bəyanatına istinadən məlumat yayıb.

Onun Hərbi Dəniz Qüvvələrinin “Şayet 13” bölməsi tərəfindən saxlanıldığı qeyd edilir. Hələlik hadisənin təfərrüatları açıqlanmır.

“Şübhəli şəxs həbsdədir və hazırda Müdafiə Nazirliyinin nümayəndələri tərəfindən dindirilir”, - məlumatda deyilir.

Bundan əlavə, hərbçilər Qəzza zolağından İsrailə daxil olan fələstinli terrorçunun vurulması, həmçinin Hərbi Dəniz Qüvvələrinin raket gəmisi tərəfindən üç raket buraxılış qurğusunun məhv edilməsi barədə məlumat yayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ