İsrail Müdafiə Qüvvələri Qəzzada HƏMAS-ın terrorçularını məhv edib.
Xarici KİV-in yaydığı məlumata görə, çaxnaşma mərhələsindən çıxan İsrail Müdafiə Qüvvələri(İDF) itirdiklərini geri qaytarır.
Bununla bağlı görüntülər də yayılıb. Videoda İsrail təhlükəsizlik qüvvələri ilə atışmadan sonra fələstinli terrorçuların qalan cəsədləri əks olunub.
Qeyd edək ki, bazar günü axşam “Haaretz” qəzeti də İsrail Səhiyyə Nazirliyinin məlumatlarına istinadən 2 243 itkin olduğunu bildirib. Son məlumatlara görə, ölən İsrail sakinlərinin sayı 700 nəfəri keçib. Hakimiyyət ölənlərin sayının artmaqda davam edəcəyinə əmindir.
Nəşr qeyd edir ki, zərərçəkənlərdən 23 nəfərin vəziyyəti ağır, 340 nəfərin vəziyyəti son dərəcə ağır, 449 nəfərin vəziyyəti isə orta ağırdır.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanır.