Ərdoğan Yaxın Şərqdə sülh üçün şərtləri açıqlayıb

Yaxın Şərqdə daimi sülh İsrail-Fələstin probleminin yekun həlli, iki müstəqil dövlətin yaradılması ilə mümkündür.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, gərginliyi artıracaq istənilən addımdan çəkinmək lazım olduğunu vurğulayıb.

“Türkiyə münaqişələri dayandırmaq üçün əlindən gələni etməyə hazırdır. Paytaxtı Qüds olan Fələstin Dövlətinin yaradılmasını təxirə salmaq olmaz. Fələstin məsələsi beynəlxalq hüquqa uyğun həll edilməlidir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ