İsrail rəsmi şəkildə müharibə vəziyyətini elan edib.
Bu barədə “Kan” dövlət radiostansiyası məlumat yayıb.
Hökumət bu qərarı 40-Əlif adlanan bəndi işə salaraq qəbul edib. Sonuncu dəfə bu bənd 50 il əvvəl – Məşhər Günü müharibəsi zamanı qüvvəyə minib.
Radiostansiya bildirib ki, bununla da ordu tam hərəkət azadlığı əldə edib.