Misirdə polis israilli turistləri güllələdi - video

Misirdə İsgəndəriyyədə polisi isrialli turist qrupuna atəş açıb. Bu barədə Əl-Ərəbiyyə telekanalı Misir Təhlükəsizlik Xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, atışma nəticəsində iki israilli öldürülüb. 

Əl-Cəzirə və RT Arabic atəşin polis tərəfindən açıldığını təsdiqləyib. Əl-Cəzirə telekanalının məlumatına görə, iki İsrail vətəndaşı və bir Misir vətəndaşı həlak olub. RT iki israilli turistin öldüyü barədə məlumat yayıb.

Baş verənlərlə bağlı hələlik rəsmi məlumat yoxdur. İsrail Xarici İşlər Nazirliyi mətbuatda yayılan xəbərləri təsdiqlədiyini bildirib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ