HƏMAS 100 israillini əsir götürüb

Fələstinin HƏMAS hərəkatının yaraqlıları mülki şəxslər və hərbçilər də daxil olmaqla 100 İsrail sakinini qaçırıb. Bu barədə İsrailin Vaşinqtondakı səfirliyi X (keçmiş Twitter) sosial şəbəkəsindəki hesabında məlumat verib.

Diplomatik nümayəndəliyin məlumatına görə, 5000-dən çox raket atılıb, 1800-dən çox israilli yaralanıb.

Bundan əvvəl İsrailin Misirdən HƏMAS-ın əsir götürdüyü israillilərin azad edilməsi ilə bağlı danışıqlarda vasitəçilik etməsini istəyib. 

Oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından olan fələstinli radikalların İsrail ərazisinə raket zərbələri endiriblər. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ