Ukraynanın Jitomir şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları mayın 15-də Korostışevski rayonu Kamennıy Brod kəndində öldürülən azərbaycanlının qətlinin üstünü açıblar.
Buta.media xəbər verir ki, bu barədə “Seqodnya” nəşri yazıb.
Məlumata əsasən, polislər cinayətkar qruplaşmanı zərərsizləşdiriblər.
Azərbaycan vətəndaşının başçılıq etdiyi qruplaşma Kamennıy Brod kəndində üç nəfəri qətlə yetirib, 2016-cı ildə isə onlardan biri Jitomir kafesində kişini güllələyib.
Jitomirsk vilayəti üzrə Baş Milli Polis İdarəsinin rəhbəri Vyaçeslav Peçenenko bildirib ki, qətlin təşkilatçısı 2018-ci ildə digər qətl hadisəsinə görə saxlanılan Azərbaycan vətəndaşıdır.
“Onun saxlanılmasından üç il keçməsinə baxmayaraq hələ də hökm oxunmayıb. O, özü isə məhkəmənin müəyyən etdiyi girov pulunu ödəyərək rahat şəkildə şəhərimizin küçələrində gəzir”, - V.Peçenenko deyib.