İsrail Livana zərbələr endirib

İsrail ordusu “atəşlərə” cavab olaraq Livanda bir bölgəyə zərbələr endirir.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Bundan əvvəl İsrail Ordusu Qəzza zolağında Fələstinin HƏMAS qruplaşmasının hədəflərinə hücumlar təşkil etdiyini açıqlayıb. İsrail hökuməti Qəzza zolağının sakinlərini evlərini tərk etməyə çağırıb.

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti oktyabrın 7-də səhər saatlarından Qəzza zolağından ölkə ərazisinə raketlərin atıldığını təsdiqləyib. Tel-Əviv şəhəri və ətraf ərazilər də daxil olmaqla ölkənin bir çox şəhərlərində həyəcan siqnalı verilib.

Baş verən hadisələr fonunda İsrail ordusu “döyüş hazırlığı vəziyyəti”nə gətirlib və ölkənin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin orduya çağırılması məsələsini təsdiqləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ