25 yaşlı Nərmini maşının yük yerinə salıb qaçırtdılar - VİDEO

Sankt-Peterburqdakı “Port Naxodka” ticarət mərkəzinin yeraltı dayanacağında iki azərbaycanlı 25 yaşlı qızı qaçırıblar.

Buta.media Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə mayın 15-də axşam saat 10 radələrində baş verib.

Gənc qızın maşının yük yerinə qoyulub qaçırıldığını görən şahidlər dərhal bu haqda polisə məlumat veriblər. Avtomobil hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldıqda isə həm qız özü, həm də onu qaçıran gənclər polis əməkdaşlarını baş verənlərin zarafat olduğuna inandırmağa çalışıblar.

İki azərbaycanlı öz həmyerlilərini ticarət mərkəzinin yaxınlığında qarşılayıb, onları yeraltı dayanacağa qədər ötürüblər. Oğlanlardan biri “Şkoda” markalı avtomobilin yük yerini açıb və 25 yaşlı Nərmini “baqaja” itələyib, digəri isə o biri qızı maşının salonunda əyləşdirib.

Bir müddətdən sonra polis əməkdaşları tərəfindən qara “Şkoda” saxlanılıb. Avtomobildəki gənclər öz aralarında zarafatlaşdıqlarını bildiriblər. 25 yaşlı Nərminə gəlincə isə, videomüşahidə kameralarının qeydə aldığı görüntülərə əsasən o, yük yerində gəzintiyə çıxmağa müqavimət göstərmir. Görüntülərə əsasən bir tin gedəndən sonra azərbaycanlılar maşını saxlayır və qız yük yerindən düşüb salona əyləşir.

 

 


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ