İsrailin sabiq baş naziri orduya çağırılıb

İsrailin keçmiş baş naziri Naftali Bennet səfərbərlik tədbirləri çərçivəsidə orduya çağırılıb. Bu barədə yerli “Walla” nəşri məlumat yayıb.

Mövcud məlumatlara görə, keçmiş baş nazir hazırkı hökumət başçısı Benyamin Netenyahunun Qəzzada əməliyyat fonunda elan etdiyi səfərbərlik çərçivəsində orduya cəlb olunub.

Nəşr qeyd edir ki, Bennett İsrail Müdafiə Qüvvələrinin (IDF) toplanış məntəqəsində ehtiyatda olan əsgər kimi xidmətə cəlb edir.

Naftali Bennett 2021-ci ilin iyunundan 2022-ci ilin iyuluna qədər bir ildən çox İsrailin baş naziri vəzifəsində çalışıb. 2019-2020-ci illərdə o, yəhudi dövlətinin müdafiə naziri olub.

Bundan əvvəl Netanyahu Qəzza zolağında uzunmüddətli hərbi kampaniyaya ehtiyac olduğunu bəyan edib. O, bu fikri Yaxın Şərqdə baş verən son gərginliklə bağlı ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ