HƏMAS yaraqlıları İsrail Ordusunun bir neçə hərbçisini girov götürüblər.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Onların hamısının Qəzza zolağına aparıldığı bildirilir.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bu gün səhər saatlarından Qəzza zolağından ölkə ərazisinə raketlərin atıldığını təsdiqləyib. Tel-Əviv şəhəri və ətraf ərazilər də daxil olmaqla ölkənin bir çox şəhərlərində həyəcan siqnalı verilib.
Baş verən hadisələr fonunda İsrail ordusu “döyüş hazırlığı vəziyyəti”nə gətirlib və ölkənin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin orduya çağırılması məsələsini təsdiqləyib.