HƏMAS İsrailə qarşı əməliyyata başladığını elan edib

HƏMAS hərəkatı İsrailə qarşı hərbi əməliyyata başladığını elan edib. Bu barədə HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd əd-Deyf məlumat verib.

“Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edirik və bildiririk ki, düşmən mövqelərinə və istehkamlarına ilk zərbə 5 min raket və mərmidən ibarət olub”, - hərəkatın saytında yerləşdirilən məlumatda deyilir.

Məlumatda bildirilir ki, “xalq yenidən dövlət yaratmaq layihəsinə qayıdır”. HƏMAS tüfəngi olan hamını “vaxt yetişdiyi üçün” silahları çıxarmağa çağırıb.

Raket hücumlarına cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyata başladığını elan edib. Bildirilir ki, Qəzza zolağından olan yaraqlılar ölkəyə sızdıqdan sonra İsrail müharibəyə hazırdır. Səlahiyyətlilər, cənub və mərkəzi bölgələrdəki İsrail vətəndaşlarından sığınacaqların yaxınlığında və Qəzza zolağının ətrafındakı ərazilərdə - sığınacaqların içərisində qalmalarını tələb edib.

İsrailin müdafiə naziri Yoav Qalant Qəzzadan atılan raketlərə görə ehtiyatda olan hərbçilərin çağırılacağını bildirib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ