İsrail alov içində: terrorçular ölkəyə keçdilər - video

Qəzza zolağından olan fələstinli radikallar bu gün səhər saatlarında İsrail ərazisinə raket zərbələri endiriblər.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Son yarım saat ərzində Qəzza zolağından İsrail ərazisinə raketlər atılıb. İsrailin cənub və mərkəzi rayon sakinlərinə mühafizə olunan ərazilərdə qalmaları və göstərişlərə əməl etmələri tövsiyə olunur”, - bəyanatda deyilir.

İsrail Müdafiə Nazirliyi X sosial şəbəkəsində (keçmiş “Twitter”) yazıb ki, atəşi Fələstinin HƏMAS təşkilatı həyata keçirib.

KİV raket zərbələri nəticəsində bir neçə nəfərin öldüyü barədə məlumat yayıb.

İsrailin cənubunda və mərkəzində yerləşən bir çox yaşayış məntəqələrində, o cümlədən Təl-Əvivdə və onun ətraflarında həyəcan siqnalı verilib.

Həmçinin bildirilir ki, anklavdan gələn kütləvi raket atəşləri fonunda Qəzza zolağından İsrailin sərhəd bölgələrinə naməlum sayda terrorçu keçib.

Sərhəddə yerləşən yaşayış məntəqələrinin sakinlərinə evlərini tərk etməmək və bomba sığınacaqlarına yaxın olmaq tövsiyə olunur.

İsrail Müdafiə Qüvvələri “müharibəyə hazırlıq” vəziyyəti barədə elan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ